DOLAR
50,36 ₺
EURO
55,69 ₺
STERLİN
66,75 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Fransada kütləvi aksiyalar: 121 nəfər həbs edilib

Fransada noyabrın 14-də qiymət artımına və polis zorakılığına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 121 nəfər saxlanılıb.

|
Fransada kütləvi aksiyalar: 121 nəfər həbs edilib

Fransada noyabrın 14-də qiymət artımına və polis zorakılığına qarşı keçirilən kütləvi etiraz aksiyaları zamanı 121 nəfər saxlanılıb.

VOİCEPRESS xəbər verir ki, “BFMTV” telekanalının Fransa Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, bu göstərici yerli vaxtla saat 17:00-a olan vəziyyəti əks etdirir və gün ərzində dəyişə bilər. Paris Polis Prefekturasının əvvəlki məlumatına əsasən, paytaxtda 3-ü yeniyetmə olmaqla 22 nəfər saxlanılıb.

Saxlanılmalar əsasən silah hesab edilə bilən əşyaların daşınması, təhqir, müəyyən ərazilərdə olma və nümayişlərdə iştirakla bağlı qadağaların pozulması səbəbindən həyata keçirilib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalara 106 min nəfər qatılıb. Onlardan 24 mini Parisdə keçirilən nümayişdə iştirak edib.

Etirazların təşkilində iştirak edən tələbə və məktəbli birlikləri isə ölkə üzrə 200 min, Parisdə isə 100 min nəfərin aksiyalara qatıldığını iddia ediblər.

Qeyd edək ki, nümayişlər zamanı Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Nant şəhərində isə nümayişçiləri dağıtmaq üçün su şırnaqları tətbiq olunub.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR