Danimarka Ukraynaya 645 milyon avro dəyərində yeni hərbi və maliyyə yardımı paketi təqdim edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına görə, yardım paketinə F-16 qırıcıları üçün döyüş sursatları, dron istehsalına ayrılacaq vəsait və birgə istehsal layihələrinin maliyyələşdirilməsi daxildir.
Zelenski bildirib ki, Danimarka dron istehsalına təxminən 200 milyon avro ayıracaq. Bundan əlavə, Xerson vilayətinin enerji infrastrukturunun dəstəklənməsi üçün ayrıca yardım paketi hazırlanır. Tərəflər həmçinin Ukraynanın altı ay ərzində 800 min ədəd F-16 sursatı ilə təmin olunması məsələsini müzakirə ediblər.
VOİCEPRESS