“Aparıcılar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər” – Akademik
"Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər". VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr" mövzusunda konfransda deyib. Onun sözlərinə görə, xarici terminlərdən istifadə [...]