DOLAR
50,27 ₺
EURO
56,46 ₺
STERLİN
67,68 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?

Bu gün Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

|
Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?

Bu gün Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 12-si səhər saatlarınadək hava şəraitinin əsasən yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə VOİCEPRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, noyabrın 12-si gündüz və 13-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq və mülayim cənub-şərq küləyi əsəcək: “Havanın maksimal temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir. Eyni zamanda, bölgələrdə noyabrın 11-i və yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti olacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi kəsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti təşkil edəcək”, - deyə G. Məmmədova qeyd edib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR