Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ali hərbi rütbələrə layiq görülən hərbi qulluqçularla görüş keçirib.
VOİCEPRESS-in məlumatına görə, görüş noyabrın 16-da baş tutub. Tədbirdə Prezident İlham Əliyevin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub, bundan sonra zabitlərə general-leytenant və general-mayor ali hərbi rütbələri təqdim edilib.
General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb, yeni rütbələr münasibətilə onları təbrik edib və gələcək xidmətlərində uğurlar arzulayıb.
Ali hərbi rütbələrə layiq görülən zabitlər göstərilən etimada görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ali hərbi rütbələrin verilməsi Azərbaycan Ordusunda zabit heyətinin xidmətlərinin qiymətləndirilməsi və peşəkar fəaliyyətinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.


VOİCEPRESS