DOLAR
50,50 ₺
EURO
55,53 ₺
STERLİN
66,72 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

“Tesla” “Cybercab” robotaksilərinin fərdi istifadə üçün satışına başlayıb

“Tesla” şirkəti ABŞ-də sükan və pedalları olmayan tamamilə avtonom “Cybercab” elektrokarını fərdi şəxslər üçün satışa təqdim edib.

|

VOİCEPRESS xarici mediaya istinadla xəbər verir ki, yeni modelin qiyməti 29 min 990 dollar təşkil edir. Lakin avtomobildən istifadə etmək üçün aylıq 299 dollar dəyərində məcburi “avtonom idarəetmə abunəliyi” tələb olunur.

Müqayisə üçün qeyd edək ki, standart “FSD” avtopilotunun aylıq abunə haqqı 99 dollardır.

Şirkətin açıqlamasına görə, fərdi “Cybercab” avtomobillərini hələlik yalnız “Tesla”nın robotaksi xidmətinin fəaliyyət göstərdiyi məhdud şəhərlərdə idarə etmək mümkün olacaq. İlkin mərhələdə təklif olunan avtomobillərin sayı isə məhduddur.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR