Avropa Şurasının rəsmisi Azərbaycanla uzun illərdir davam edən əməkdaşlığı yüksək qiymətləndirib
"Müzakirə etdiyimiz mövzu, Azərbaycan Prezidenti tərəfindən də dünən qeyd olunduğu kimi, ölkənin konstitusiya ənənələri, birgəyaşayış və dinlərarası dialoqla bağlıdır. Bunlar Azərbaycan cəmiyyətinin mahiyyətində, onun DNT-sində mövcud olan dəyərlərdir”.