Hərbi qulluqçuların Gəncəyə ekskursiyası təşkil olunub
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun bu şəhərin tarixi yerlərinə ekskursiyası təşkil edilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə bildiriblər ki, əsgərlər Gəncə Qala Qapılarını, “İmamzadə” dini-memarlıq kompleksini, böyük şair Nizami Gəncəvinin məqbərəsini və dahi mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev-muzeyini ziyarət ediblər.Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, [...]