Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə edilən hücumlara cavab verəcəyinə söz verib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, Rusiyanın Krım körpüsünə zərbərələ cavab daha ağrılı olacaq.
Putin vurğulayıb ki, Krım körpüsü istisnasız olaraq mülki obyektdir.
Rusiya Prezidenti bu körpü vasitəsi ilə hərbi texnika, neft məhsulları daşınmaması barədə şəxsən göstəriş verdiyini söyləyib. O qeyd edib ki, Krım körpüsü uzun müddətdir hərbi texnikanın daşınması üçün istifadə edilmir.
Vladimir Putin Krım körpüsünün bərpa olunacağını bəyan edib.
Putin Krım körpüsünün avtomobil yolu hissəsinə ciddi ziyan dəydiyini, lakin dəmir yolu hissəsinin artıq bərpa edildiyini əlavə edib.
VOİCEPRESS