DOLAR
50,55 ₺
EURO
55,54 ₺
STERLİN
66,60 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Hörmüz boğazında beş neft tankeri minaya düşərək partlayıb

ABŞ ordusunun müşayiəti ilə hərəkət edən daha iki neft tankeri Hörmüz boğazında minaya düşüb.

|
Hörmüz boğazında beş neft tankeri minaya düşərək partlayıb

ABŞ ordusunun müşayiəti ilə hərəkət edən daha iki neft tankeri Hörmüz boğazında minaya düşüb.

VOİCEPRESS xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi Hörmüz boğazında iki iri neft tankerinin dəniz minasına düşərək partladığını açıqlayıb.

Məlumata görə, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan iki tanker Hörmüz boğazının cənub sahilləri yaxınlığında yanmaqda davam edir.

Partlayışdan sonra gəmilər tərk edilib.

SEPAH-ın açıqlamasında tankerlərin ABŞ qırıcılarının dəstəyi və dronların müşayiəti ilə boğazın qadağan olunmuş marşrutu üzrə gizli şəkildə hərəkət etməyə çalışdıqları qeyd olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun komandanlığı altında olan və ya onunla əməkdaşlıq edən hər hansı neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutlarından keçməyə cəhd edəcəyi təqdirdə, müdaxilə ediləcəyi barədə xəbərdarlıq edib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR