Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə baş verən sürüşmə hadisəsi ilə bağlı ərazidə olub.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən VOİCEPRESS-in sorğusuna cavab olaraq bildirilib ki, ərazidə araşdırma və monitorinqlər aparılıb.
Qeyd edilib ki, aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.
VOİCEPRESS